RU

Nazir müavini: Azərbaycanda kağızsız hökumət modelinə keçid il ərzində 5700 ağacın kəsilməsinin qarşısını alır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 fevral, Pərvanə Qafarova, foto Azər İbrahimov, AZƏRTAC

Azərbaycanda rəqəmsal transformasiya dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxışı zamanı bildirib.

Samir Məmmədov qeyd edib ki, rəqəmsal transformasiyanın əsasında güclü internet infrastrukturu dayanır.

““Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin bütün yaşayış məntəqələri genişzolaqlı internetlə təmin olunub ki, bu da rəqəmsal ekosistemin inkişafı üçün fundamental baza formalaşdırır. Təsdiqlənmiş “Rəqəmsal İnkişaf Konsepsiyası” dövlət, biznes və vətəndaşlar üçün vahid rəqəmsal yanaşmanı müəyyən edir. Bu çərçivədə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, biznes üçün inzibati yükün azaldılması və vətəndaş məmnunluğunun artırılması əsas hədəflər sırasındadır. “Mygov” platformasının istifadəçilərinin sayı artıq 2,5 milyonu keçib. Bu, ölkə əhalisinin təxminən dörddə birinin rəqəmsal xidmətlərdən aktiv istifadə etdiyini göstərir. Platforma vasitəsilə təqdim olunan rəqəmsal şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədlər fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Ölkədə kağızsız hökumət modelinə keçid tamamlanıb ki, bu da hər il təxminən 5700 ağacın kəsilməsinin qarşısını almağa imkan verir”, - deyə Samir Məmmədov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
1
azertag.az

2Источники