RU

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahininbaşçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki,Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edənölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıxəlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsindəözünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isəAzərbaycana səfərlərinin rolunu qeyd etdi.

Dövlətimizin başçısı ölkəmizin islam həmrəyliyiningücləndirilməsinə verdiyi töhfələrə toxundu, bu xüsusda Bakıdakeçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqasıarasında yüksək səviyyədə əlaqələrin qurulduğunu dedi, MəhəmmədƏhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizəsəfərinin səmərəli olacağına əminliyini bildirdi.

Qonaq ilk növbədə dövlətimizin başçısına qəbula görəminnətdarlığını ifadə etdi.

Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasındasülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmişnailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda vədünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusirolunu qeyd etdi və dünyanın dövlətimizin başçısı kimi liderlərəehtiyacı olduğunu bildirdi.

Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görəminnətdarlığını ifadə etdi, sülhün əldə olunmasının bütövlükdəregionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını dedi, sülhgündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi rolunatoxundu.

Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədənFələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görədövlətimizin başçısına ərəb xalqı adından dərin təşəkkürünübildirdi.

Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinəuyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasındahəllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞPrezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttahəs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq SülhSammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvətedildiyini məmnunluqla xatırladı, ölkəmizin sülh prosesinə töhfəvermək əzmində olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, ocümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritetistiqamətlərdən biri olduğunu dedi.

Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəaparılan bərpa və quruculuq işlərinə toxunuldu. Prezident İlhamƏliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindənmaddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aidabidələrin, məscidlərin dağıldığını bildirdi, hazırda onların bərpaolunduğunu qeyd etdi.

Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunvericiorqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinəvə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsiaparıldı.

Xəbər yenilənəcək

Избранный
23
49
az.trend.az

10Источники