Bu mövzuya qayıtmağımızın səbəbi var. Xatırlayırsızsa, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev komandasının "Kəpəz"i qəbul etdiyi qarşılaşmada qırmızı vərəqə almışdı. Buna mütəxəssisin 4-cü hakimi - Elvin Bayramovu itələməsi səbəb olmuşdu. Maraqlıdı ki, o, Misli premyer-liqasının 19-cu turunda "Karvan-Yevlax"a qarşı görüşdən sonra keçirilən mətbuat konfransında həmin davranışa görə azarkeşlərdən üzr istədi.
Berdıyev hələ cəzasız qalıb.
Bəs, qərarlar nə vaxt açıqlanacaq? Bu sualla İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"İclasın keçirilməsi üçün bütün protokollar toplanmalı və araşdırılmalıdı. İclas bu prosesdən sonra olacaq. Çox güman, qısa müddətdə qərarlar ictimaiyyətə açıqlanacaq".
KƏNAN BAHADIR