RU

"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır

style='margin-bottom:10px;'>

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsininilk oyunları çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" – "Nyukasl" matçı üçün biletlər satışa çıxarılacaq.

Bu barədə QOL.az-a klubun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, biletləri iTiket.az saytından əldə etmək mümkün olacaq: "Biletlər yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə oluna bilər. Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər".

Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Избранный
33
9
teleqraf.com

10Источники