UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri fevralın 12-də gün ərzində satışa çıxarılacaq.
Publika.az xəbər verir ki, azarkeşlər biletləri yalnız rəsmi satış kanalı olan "iTicket.az" vasitəsilə onlayn şəkildə əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.