RU

Virus infeksiyaları bu cür müəyyən olunur

“Virus infeksiyalarında ilkin diaqnoz əsasən klinik əlamətlərə əsaslanaraq qoyulur, laborator müayinələr isə bu diaqnozu dəqiqləşdirmək üçün istifadə edilir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda bildirb.

O qeyd edib ki, İlk mərhələdə həkim uşağı müayinə edir, mövcud simptomları qiymətləndirir:

“lkin qərarı klinik göstəricilərə əsasən verir. Bu prosesdə qanın ümumi analizi xüsusi əhəmiyyət daşıyıR. Tipik virus infeksiyalarında leykositlərin sayı adətən nəzərəçarpacaq dərəcədə artmır, bəzi hallarda isə hətta bir qədər aşağı ola bilər.

Eyni zamanda limfositlərin miqdarında artım müşahidə oluna bilər. C-reaktiv zülalın səviyyəsi virus infeksiyalarında bakterial infeksiyalarla müqayisədə daha az yüksəlir və bu göstərici differensial diaqnostika zamanı həkim üçün mühüm istiqamətləndirici rol oynayır”.

Избранный
7
4
cebheinfo.az

5Источники