RU

Aİ Ukraynada sülh səylərinə zərbə vurur



Avropa İttifaqı Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq səyləri silah və maliyyə dəstəyi ilə təmin etməklə pozur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijjarto Budapeştdə çinli həmkarı Vanq Yi ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Təəssüf ki, avropalılar sülh səylərini daim pozurlar”, - deyə Sijjarto bildirib. O, bunun sübutu kimi Kiyev və Brüssel arasında koalisiyanın yaradılmasını göstərib. XİN rəhbərinin sözlərinə görə, koalisiyanın məqsədi Ukraynaya AB-dən silah və pul tədarük etmək və onun AB-yə qəbulunu sürətləndirməkdir.

"Milli maraqların qorunmasına yönəlmiş Macarıstanın suveren hökuməti buna etiraz edir. Macarlar sülhün tərəfdarıdır. Müharibənin davam etməsi və Ukraynanın Aİ-yə üzvlüyü bizim maraqlarımıza tamamilə ziddir", - deyə o, vurğulayıb.

Anar
Избранный
83
1
newscenter.az

2Источники