RU

"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri sabah, gün ərzində satışa çıxarılacaq.

 

Senzor.az bildirir ki, bu barədə "Qarabağ" klubundan məlumat verilib.

 

Bildirilib ki, biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür: "Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər".

 

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 

Избранный
25
9
senzor.az

10Источники