RU

BU TARİXDƏ martfon işlədən olmayacaq-DİQQƏT

texnologiya nəhəngi Metanın qurucusu və baş direktoru Mark Zukerberq smartfonların uzun illərdir davam edən üstünlüyünün tədricən başa çatdığını iddia edib. Onun sözlərinə görə yaxın illərdə smartfonlar əsas texnoloji platforma statusunu itirə və yerini yeni nəsil qurğulara verə bilər.
Azia.az bildirir ki, Demokrat.az-ın məlumatına görə Zukerberq bildirib ki, gələcəyin əsas cihazları artırılmış reallıq eynəkləri və digər geyilə bilən texnologiyalar olacaq. Bu tip qurğular istifadəçilərə rəqəmsal məlumatı birbaşa real dünya ilə birləşdirərək təqdim edəcək və smartfonlardan daha təbii, daha rahat interfeys yaradacaq.

Meta rəhbəri qeyd edib ki, şirkət bu baxışa uyğun olaraq AR və virtual reallıq texnologiyalarına milyardlarla dollar sərmayə yatırır. Onun fikrincə, təxminən 10 il ərzində ağıllı eynəklər əsas hesablama platformasına çevrilə bilər.

Ekspertlər isə bildirirlər ki, smartfonlar yaxın dövrdə tamamilə yox olmayacaq, lakin onların gündəlik həyatda mərkəzi rolu zəifləyə bilər. Hazırda bu yanaşma daha çox uzunmüddətli texnoloji proqnoz kimi qiymətləndirilir.

Qeyd edək ki, oxşar fikirlər texnologiya sektorunda daha əvvəl də səsləndirilsə də, smartfonlar hələ də milyardlarla insanın əsas rabitə və informasiya vasitəsi olaraq qalır.

Kənan


Избранный
12
1
azia.az

2Источники