ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Avropa Komissiyası itifaq ərazisinə uçuşları qadağan edilmiş aviaşirkətlərin siyahısını yeniləyib.
Avtosfer.az xəbər verir ki, siyahıya 17 dövlətdən 169 şirkəti salınıb. Səbəb sözügedən aviadaşıyıcıların təhlükəsizlik normalarına əməml etməməsidir. Siyahıda yer alan şirkətlər əsasən Afrika, Yaxın Şərq və MDB məkanına aiddir.
MDB-dən qara siyahıya düşənlər arasında Rusiya, Qırğızıstan və Ermənistan “liderlik” edir. 14 səhifəlik sənəddə Rusiyanın 22, Qırğızıstanın 16, Ermənistanın 9 aviaşirkəti yer alır.
Yenilənmiş sənəddə “mütləq liderlik” 26 şirkətlə Tanzaniyaya aiddir.
Siyahıda türkdilli ölkələr arasında yer alan yeganə ölkə Qırğızıstandır.
Vüqar

Oxunub 0
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.