RU

Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY

Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb.

Ölkə.az xəbər verir ki, bunu "Rusiya Dəmir Yolları" (RDY) ASC-nin sədrinin birinci müavini Sergey Pavlov deyib. 

Pavlov qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının ardınca uzun illərdən sonra ilk taxıl qatarı 2025-ci ilin noyabr ayında Rusiyadan Ermənistana yola düşüb.

"Çatdırılmalar artıq müntəzəm hala gəlib. Biz bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq", - o qeyd edib.

Mürtəza

Избранный
34
2
olke.az

3Источники