RU

“Roketsan” WDS-2026 sərgisində SAMI ilə raket istehsalına dair müqavilələr imzalayıb

Türkiyənin “Roketsan” şirkəti Səudiyyə Ərəbistanında keçirilən “World Defence Show 2026” (WDS-2026) sərgisi çərçivəsində mühüm əməkdaşlıq razılaşmaları imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Roketsan” qanadlı raketlərin birgə istehsalı məqsədilə SAMI şirkəti ilə, tank əleyhinə idarə olunan raket silah sistemlərinin satışı və birgə istehsalı üçün isə “SAMI Land” ilə müqavilə imzalayıb.

“Bu əməkdaşlıqlar vasitəsilə tərəflər növbəti nəsil inteqrasiya olunmuş sistemlər üçün birgə müdafiə imkanlarını və hərbi texnologiyaları gücləndirməyi hədəfləyir”, – deyə məlumatda qeyd edilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

Избранный
68
poliqon.az

1Источники