RU

"Əvvəlcə atəşkəs, sonra isə seçkilər" - Zelenski

"Ukraynada prezident seçkilərinə yalnız atəşkəs elan edildikdə və hərtərəfli təhlükəsizlik zəmanətləri təmin edildikdə başlamaq olar".  

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında yazıb. 

O, paylaşımında seçki cədvəlinin 24 fevralda, Rusiyanın işğal cəhdinin ildönümündə açıqlanacağı ilə bağlı iddiaları da təkzib edib.

Ukrayna lideri, bu tarixin simvolik əhəmiyyətini vurğulayaraq bildirib ki, "Seçkiləri irəli aparmaq üçün bir niyyət və ya addım olsa belə, belə bir gündən siyasi hesablamalar üçün istifadə etmək məntiqli olmazdı. 24 fevral heç bir seçki elanı üçün istifadə edilə bilməz".

Zelenski seçki məsələsinin bəzi beynəlxalq tərəfdaşlar tərəfindən qaldırıldığını bildirib və Ukraynanın bu mövzunu özü başlatmadığını vurğulayıb.

Gülayə Mecid

Избранный
60
50
unikal.az

10Источники