RU

“Səbail”in kapitanı və hücumçusu zədəlidi – Adil Şükürov liderlə duel haqda danışdı

“Səbail” bu gün mövsümün ən əhəmiyyətli oyunlarından birini keçirəcək. Çempionluq arzusunda olan Bayıl təmsilçisi 1-ci liqanın 14-cü turunda evdə lider “Şəfa” ilə qarşılacaq.

Bilindiyi kimi, ötən tur “Zaqatala”nı məğlub edən “dənizçilər” “Şəfa”nın “Baku Sportinq”lə heç-heçə etməsi səbəbindən birinci pilləylə aradakı xal fərqini 6-ya endirdi. Komanda bu dəfə də qələbə qazansa, hədəfə doğru inamlı addım atmış olacaq.

Vacib matçdan əvvəl düşərgədəki vəziyyət haqda məlumat almaq məqsədilə “dənizçilər”in baş məşqçisi Adil Şükürovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Turnirin liderinə qaşı oynayacağıq. Komandam oyuna məsuliyyətlə hazırlaşır. Bizi maraqlı matç gözləyir. Kapitan Yusif Nəbiyev, Zahir Mirzəzadə və hücumçu Emil Qasımov zədəlidi. Emil ötən tur “Zaqatala”ya qarşı oyunda sıradan çıxdı. Qalan hər kəs hazırdı. Oyunun başlama saatını gözləyirik. Ağır matç olacaq. Çox ciddi rəqibə qarşı oynayacağıq”.

KƏNAN BAHADIR
Избранный
41
football-plus.az

1Источники