RU

Enes Batur saxlanıldı – İddialar şok etdi

 İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində xaricdə olan və barəsində həbs qərarı çıxarılan məşhur YouTuber Enes Batur İstanbul Hava Limanında saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, istintaq “narkotik maddələrin hazırlanması və satışı”, “narkotik istifadəsini asanlaşdırmaq” və “narkotik maddə almaq, saxlamaq və istifadə etmək” ittihamları ilə başlayıb.

Xatırladaq ki, 31 yanvarda İstanbul mərkəzli 4 vilayətdə keçirilən əməliyyatda aralarında Hasan Can Kaya da olmaqla 11 nəfər saxlanmışdı.

Şübhəlilərdən qan və saç nümunələri götürüldükdən sonra ifadələri alınıb, xaricə çıxış qadağası qoyularaq məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.

Əsmətxanım


Telegram kanalımız
Избранный
18
2
yenisabah.az

3Источники