BP və tərəfdaşları Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən, Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr səmt qazı verib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə "bp-Azərbayan"a istinadən xəbər verir.
Ümumilikdə, hesabat dövründə SOCAR-a 2,7 milyard kubmetr səmt qazı təhvil verilib.
2025-ci ildə SOCAR-a verilən səmt qazının həcmi 2024-cü illə müqayisədə 0,2 milyard kubmetr və ya 8 % çox olub.
Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.