RU

Daha bir nəfər dəm qazının qurbanıOLDU

Bakıda daha bir nəfər dəm qazından ölüb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bədbəxt hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Ötən gecə saat 23 radələrində 1999-cu il təvəllüdlü Aleksandr Valeriyeviç Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Избранный
48
6
redaktor.az

8Источники