RU

Prezidentin xüsusi rütbə verdiyi məmurlar kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

 

Rütbə verilən şəxslərin dosyesini təqdim edirik:

 

Orxan Faiq oğlu Nəzərli - "2-ci dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi

1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.

 

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005–2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışıb.

 

2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya alıb.

 

2015–2016-cı illərdə Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb.

 

2018-ci ildə Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

 

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilib.

 

Dövlət başçısının 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

 

2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə seçilib.

 

Ailəlidir, 3 övladı var.

 

İsmayılov Abbas Cəlil oğlu - "3-cü dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi

 

Abbas İsmayılov 14 aprel 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

 

1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

Olke.az

Tarix: 12 Fevral 2026, 16:18   
Избранный
71
8
pravda.az

10Источники