RU

“Neftçi” – “Qarabağ” oyunu təxirə salındı - Razılıq əldə olundu

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciətinə “Neftçi” razılıq verib.

"Cebheinfo.az" PFL-in saytına istinadən xəbər verir ki, razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” klubunun bununla bağlı rəhbərlik səviyyəsində və rəsmi müraciəti olsa da, “Neftçi” təklifə müsbət cavab vermirdi.

"Cebheinfo.az" 

Избранный
33
2
cebheinfo.az

3Источники