Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciətinə “Neftçi” razılıq verib.
"Cebheinfo.az" PFL-in saytına istinadən xəbər verir ki, razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.
Qeyd edək ki, daha əvvəl “Qarabağ” klubunun bununla bağlı rəhbərlik səviyyəsində və rəsmi müraciəti olsa da, “Neftçi” təklifə müsbət cavab vermirdi.
"Cebheinfo.az"