RU

Messi zədələndi, oyun təxirə salındı

ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi ciddi zədə alıb. SİA "Reuters"ə istinadən xəbər verir ki, argentinalı hücumçu sol ayaq əzələsində yaranan problem səbəbindən komandanın çərşənbə günü keçirilən məşqində iştirak etməyib. Məlumata görə, o, ötən həftə Ekvadorun "Barselona" klubu ilə keçirilən yoldaşlıq görüşündə zədələnib. Həmin matçda qol vuran futbolçu ikinci hissədə əvəzlənmək məcburiyyətində qalıb. Tibbi müayinələr onda əzələ gərilməsi olduğunu təsdiqləyib.

Messinin zədəsindən sonra "İnter Mayami"nin cümə günü Puerto-Rikoda Ekvadorun digər təmsilçisi "İndependyente del Valye" ilə keçirməli olduğu yoldaşlıq oyunu ləğv edilərək fevralın 26-na təxirə salınıb. Klub rəsmiləri bildirib ki, ulduz futbolçunun məşqlərə nə vaxt qayıdacağı müalicənin gedişatından asılı olacaq.

Mətləb

Избранный
16
5
sia.az

7Источники