RU

ABŞ administrasiyası İrana minlərlə “Starlink” terminalı göndərib “The Wall Street Journal”

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trump administrasiyası yanvar ayında İranda baş vermiş genişmiqyaslı anti-hökumət etirazlarından sonra bu ölkəyə gizli şəkildə minlərlə “Starlink” terminalı göndərib. 

“AzPolitika” bildirir ki, bu barədə Amerika rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb. Nəşrin yazdığına görə, Ağ Ev İranda etirazların sərt şəkildə yatırılmasından və internetə çıxışın kəskin məhdudlaşdırılmasından sonra aksiya iştirakçılarını onlayn bağlantı ilə təmin etməyə çalışıb.

Məlumata əsasən, yanvar ayında İran hakimiyyəti kütləvi etirazları zor gücünə dağıdıb. Hüquq müdafiəçilərinin iddiasına görə, minlərlə fəal öldürülüb, eyni zamanda ölkədə internet geniş şəkildə bloklanıb.

Bundan sonra ABŞ təxminən 6000 ədəd peyk interneti komplektini ölkəyə qaçaq yollarla daxil edib. Qəzet qeyd edir ki, bu, Starlink sisteminin İrana ilk birbaşa göndərişi olub.

WSJ mənbələrinin bildirdiyinə görə, Dövlət Departamenti son aylar ərzində təxminən 7000 “Starlink” terminalı satın alıb və onların böyük hissəsi məhz yanvar ayında əldə olunub. Məqsəd iranlı fəallara internet blokadasını aşmaq imkanı yaratmaq olub.

Mənbələr qeyd edib ki, Prezident Tramp tədarüklər barədə məlumatlı olub. Lakin planı birbaşa onun təsdiqləyib-təsdiqləmədiyi dəqiq məlum deyil.

Rəsmi Tehran isə Vaşinqtonu ölkədə narazılığı qızışdırmaqda və 90 milyon əhalisi olan İranda keçirilən ümummilli etirazları təşkil etməkdə ittiham edir. İran hakimiyyəti bu iddiaları sübut təqdim etmədən səsləndirib.

Etirazlar dekabrın sonlarında başlayıb və bir neçə həftə davam edib. Aksiyalara səbəb kimi kəskin inflyasiya, milli valyutanın dəyərdən düşməsi, uzun illər davam edən səmərəsiz iqtisadi idarəçilik və İranın nüvə və raket proqramı ilə bağlı beynəlxalq sanksiyalar göstərilir.

Donald Tramp isə İran hakimiyyətini etirazçılara qarşı edam hökmləri çıxarılacağı təqdirdə zərbələr endirməklə hədələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
121
hurriyyet.az

1Источники