RU

BDU Jurnalistika tələbələri AzTV-də infossessiyada iştirak ediblər - FOTOLAR

"Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin Jurnalistika fakültəsi tələbələri üçün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də infossessiya təşkil olunub".

QHT.az xəbər verir ki, tələbələr AzTV, Mədəniyyət TV və İdman TV-nin studiyaları ilə tanış olub, xəbərlərin hazırlanma və efir prosesi barədə əyani məlumat əldə ediblər. Onlar həmçinin “Qızıl fond”un rəqəmsallaşdırma mərkəzində arxiv materiallarının bərpası və qorunması prosesi ilə yaxından tanış olublar. Sonda Əməkdar artist, nitq mədəniyyəti üzrə mütəxəssis, Teleradio Akademiyasının müəllimi Sevda Ağazadə ustad dərsi keçib və tələbələrin sualları cavablandırılıb.

Избранный
120
qht.az

1Источники