RU

Makrondan qəzəbləndirən məktub Avropada nə baş verir?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Almaniya kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makron arasında avrobondların istifadəsi və Avropa Komissiyasının Cənub Ortaq Bazarı (MERCOSUR) ölkələri ilə sərbəst ticarət müqaviləsi də daxil olmaqla bir sıra məsələlər üzrə ciddi fikir ayrılığı yaşanır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Repubblikca” qəzetinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Avropa İttifaqının (Aİ) siyasi xətti ilə bağlı liderlər arasında fikir ayrılıqlarının olması İttifaqın parçalanması təhlükəsi yaradır. 

Qəzetin məlumatına görə, Merz Rusiyanın Avropadakı aktivlərinin mənimsənilməsi və onların hesabına Ukraynaya yardımın göndərilməsini doğru hesab etmir. O, bunu Makronun və Aİ Şurasının Prezidenti Antonio Kostanın qurduğu tələ kimi görür. Lakin Makronun Merzin narazılığından xəbərdar olduğu və Berlinə məktub göndərərək Almaniyanı Rusiyanın aktivlərini ələ keçirmək istəməkdə ittiham etdiyi bildirilir. Məktubu alan kanslerin qəzəbləndiyi və Fransa prezidentinə cavab verəcəyi deyilir. 

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
129
globalinfo.az

1Источники