RU

"Biz Ermənistanla sülh istiqamətində ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndiririk"-Spiker

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib: "Bu səfər iki ölkə arasında yeni mərhələnin açılması deməkdir. Bu səfərlər bir çox sahələr üzrə ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsini möhkəm təməl üzərində qurur. İki ölkə arasında imzalanmış Xartiya bir çox sahələrdə iş birliyini əks etdirir".
Spiker əlavə edib ki, bu gün regionda baş verən dəyişikliklər şəraitdə Azərbaycan tərəfdaşlıq prinsipinə əsaslanır: "Biz Ermənistanla sülh istiqamətində ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
8
olaylar.az

9Источники