RU

Azərbaycanla ABŞ arasında münasibətlər yeni mərhələyə qədəm qoyur Spiker

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri çox əhəmiyyətlidir, Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafında yeni mərhələ açıb.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, səfər çərçivəsində imzalanmış strateji tərəfdaşlıq Xartiyası birgə əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir: “Bu, energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşməsinin möhkəm təməlini yaradır. ABŞ-ın dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar edilməsində müstəsna rol oynayır, iqtisadi inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın və ABŞ-ın Cənubi Qafqaz regionunun gələcək inkişafı ilə bağlı baxışları bir-birinə yaxındır”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
3
icma.az

4Источники