
ABŞ-nin Cənubi Karolina Dövlət Universitetində (SCSU) baş verən atışma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Missiya.Az CBS News-a istinadən xəbər verir ki, hadisə dünən tələbələrin yaşadığı “Hugine Suites” mənzil kompleksində baş verib. Hüquq-mühafizə orqanları məlumat əsasında hadisə yerinə cəlb olunub.
Təxminən 3 min tələbəsi olan universitet bu gün dərslərin olmayacağını açıqlayıb.
Seyranə Quliyeva
Missiya.Az