AZ

ABŞ-də universitetdə atışma - 2 ölü, 1 yaralı

ABŞ-nin Cənubi Karolina Dövlət Universitetində (SCSU) baş verən atışma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Missiya.Az CBS News-a istinadən xəbər verir ki, hadisə dünən tələbələrin yaşadığı “Hugine Suites” mənzil kompleksində baş verib. Hüquq-mühafizə orqanları məlumat əsasında hadisə yerinə cəlb olunub.

Təxminən 3 min tələbəsi olan universitet bu gün dərslərin olmayacağını açıqlayıb.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr