RU

Holand Real Madrid də oynamağa razılıq verdi Bu şərtlə...

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Holand "Real Madrid"ə keçməyə razılaşıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Don Balon" yayıb. 

Mənbənin məlumatına görə, ulduz forvard bunun reallaşması üçün İspaniya nəhənginin qarşısına bir şərt qoyub: məşqçi dəyişikliyi. Konkret, Holand bu yay transferi yalnız Yürgen Kloppun "Real Madrid"in baş məşqçisi təyin olunması şərti ilə nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Son sözü, Holandın gəlişi ilə hücum gücünü fantastik səviyyəyə çatdırmağı düşünən "Real Madrid"in prezidenti Florentino Peres deyəcək.

Norveçli ulduz 2025/2026 mövsümündə ümumilikdə 37 matça çıxaraq 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
fanat.az

3Источники