RU

Herbst: Tramp Rusiyanın Qafqazdakı təsirini aradan qaldırmağa çalışmır

Donald Tramp Rusiyanın Cənubi Qafqazdakı təsirindən məhrum etməyə çalışmır, əksinə, ABŞ-ın maraqları naminə region ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışır.

"Yeni Sabah" xəbər verir ki, bunu "Faktor silı" ("Güc faktoru") proqramında Atlantik Şurasının (Atlantic Council) Avrasiya Proqramının direktoru və ABŞ-nin Ukrayna və Özbəkistandakı keçmiş səfiri Con Herbst bildirib.

O, İrəvan və Bakı ilə münasibətləri inkişaf etdirmək niyyətinin Rusiyanın Ermənistanda və bütövlükdə regionda təsirindən məhrum etmək istəyi ilə əlaqəli olmadığı kimi qiymətləndirir:

"Bu, nəticə ola bilər, amma Trampın əsas məqsədi deyil. O, ABŞ-nin Cənubi Qafqazdakı marağını görür, lakin bunu Rusiyanın maraqları ilə əlaqələndirmir".

Herbst Trampın Cənubi Qafqaz məsələsi üzərində işləməyə 2025-ci ilin aprel-may aylarında başladığını və avqust ayında Paşinyan və Əliyevlə görüşdüyünü bildirib.


Telegram kanalımız
Избранный
35
yenisabah.az

1Источники