RU

Anar ona yüksək vəzifə verdi

Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatı olub.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı birliyin sədri, Xalq yazıçısı Anar Rzayevin rəhbərliyi ilə keçirilən Katiblik iclasında qərar qəbul olunub.

Qərara əsasən, Məlahət Qənbərova qurumun Kadrlar şöbəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, həmin postda bundan əvvəl Arifə Əliyeva çalışıb. O, ailə vəziyyəti ilə əlaqədər ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib. AYB ərizəni nəzərə alıb və A.Əliyevanı vəzifəsindən azad edib.

"Cebheinfo.az"

Избранный
19
3
cebheinfo.az

4Источники