RU

Məhkum sürücüdən inanılmaz oğurluq – 490 litr...

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “MAN” markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə,  Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb. R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Избранный
31
5
yenisabah.az

10Источники