RU

Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə əlaqədar bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək

Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə əlaqədar bəzimarşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək

14 fevral saat 00:00–07:00 aralığında Heydər Əliyev prospektiilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən “Buta Palace”yaxınlığındakı yolötürücüyə qədər, 15 fevral tarixində isə əksistiqamətdə “Buta Palace” yaxınlığındakı yolötürücüdən Aeroportistiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiqediləcək. Məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E,150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərimüvəqqəti olaraq dəyişdiriləcək.
Belə ki, 14 fevral tarixində (saat 00:00–07:00 aralığında) qeydolunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) –Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–HeydərƏliyev prospekti (Yolötürücü, “Buta Palace”) istiqamətində hərəkətedəcək. 15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti(Yolötürücü, “Buta Palace”) – 56-cı Suraxanı küçəsi (Yeni Suraxanıqəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdənsonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
66
39
az.trend.az

10Источники