RU

Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir

14 fevral saat 00:00–07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən “Buta Palace” yaxınlığındakı yolötürücüyə qədər, 15 fevral tarixində isə əks istiqamətdə “Buta Palace” yaxınlığındakı yolötürücüdən Aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Избранный
28
34
publika.az

10Источники