RU

“Zirə” bu dəfə “Sumqayıt”ın müqavimətini qırdı - REPORTAJ

Sumqayıt – Zirə 2:3 (1:2)
1. Mehdi Cənnətov – 5,5
97. Vüsal Paşayev – 5,5
33. Daniel Beskorovaynı – 5,5
3. Höccət Haqverdi – 5,0
72. Rayan Senhadji – 5,5
8. Səbuhi Abdullazadə (k) – 6,0
(19. Roy Kehat, 46) – 5,5
23. Ronaldo Vaskes – 5,5
71. Masaki Murata – 5,0
10. Nikola Ninkoviç – 7,0
(21. Nihad Əhmədzadə, 81) – qiymətsiz
11. Aleksa Yankoviç – 5,5
(7. Rüstəm Əhmədzadə, 72) – 5,0
9. Aleksandr Ramalinqom – 6,5
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
24. Sənan Muradlı
64. Kənan Feyziyev
75. Nadir Orucov
66. Ruslan Əliyev
37. Nihad Orucəli
25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Nikola Ninkoviç

97. Tyaqo Silva – 6,0
25. Enrike Kustodio – 7,5
4. Ruan Renato – 5,5
5. Ange Mutsinzi – 5,5
32. Qismət Alıyev (k) – 7,0
17. Ayron Qomis – 5,5
11. Junior Martins – 5,5
(29. Ceyhun Nuriyev, 64) – 5,0
8. İsmayıl İbrahimli – 5,5
(26. Stefan Aka, 90) – qiymətsiz
19. Rüfət Abdullazadə - 5,5
(10. Georgi Papunaşvili, 64) - 6,5
7. Rövlan Muradov – 5,5
(28. Leroy Mikels, 71) – 5,0
9. Davit Volkov – 7,0
(77. Yeqor Boqomolski, 71) – 5,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
41. Anar Nəzirov
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
14. Elçin Əlicanov
43. Əhliman Süleymanzadə
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Enrike Kustodio

Qollar: D.Volkov, 24 (0:1, E.Kustodio). N.Ninkoviç, 27 (1:1, S.Abdullazadə). Q.Alıyev, 36 (1:2). A.Ramalinqom, 50 (2:2, N.Ninkoviç). G.Papunaşvili, 89 (2:3, E.Kustodio).
Vərəqələr: D.Beskorovaynı, 42 (qeyri-idman hərəkəti). M.Murata, 71 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Əliyev (Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: Anar Şixəliyev (Bakı).
8 fevral. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 700 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

Rəşad Sadıqovun ölkə kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Zirə” oyunundan sonra keçirilən mətbuat konfransında dedikləri bu matçda özünü doğrultdu.

Premyer-liqa oyunu həqiqətən fərqli alındı. Bu dəfə meydanda daha istəkli və fəal “Zirə” gördük. Xüsusən birinci hissədə. “Kimyaçılar”ı sözün əsl mənasında küncə sıxışdıran komanda xeyli qol vəziyyəti yaratdı. İlk təhlükəli vəziyyəti 7-ci dəqiqədə yaradan qonaqlar Renatonun qeyri-dəqiqliyi üzündən hesabı aça bilməsə də, növbəti cəhddə məqsədə çatdı. 24-cü dəqiqədə Kustodionun göndərdiyi topu qəbul edən Volkov cərimə meydançasının həndəvərindən endirdiyi zərbə sayəsində komandasını sevindirdi. İş ondadı ki, “qartallar”ın xoşbəxtliyi uzun çəkmədi. Dərhal “cavab atəşi açan” meydan sahibləri Ninkoviçin “çərçivə”ni təxminən 35 metr məsafədən dəqiq nişan alması sayəsində hesabı bərabərləşdirdi. Serbiyalı bu uğura Səbuhinin ötürməsindən sonra imza atdı. Buna rəğmən, qəsəbə təmsilçisi fasiləyə hesabda öndə yollandı. Çünki Qismət Senhadjinin cərimə meydançasının qövsü üzərində Rüfəti kobud müdaxiləylə yerə yıxdığına görə təyin edilən cərimə zərbəsini dəqiq yerinə yetirdi. Birinci hissə başa çatana qədər Silva Yankoviçlə Senhadjinin, Mehdi isə Papunşvili və Rövlanın zərbələrini zərərsizləşdirdi.

İkinci hissəyə daha fəal başlayan “Sumqayıt” qısa müddətdə əziyyətinin bəhrəsini gördü: 50-ci dəqiqədə Ninkoviçin ötürməsini cərimə meydançasında qəbul edən Ramalinqom adını tabloya yazdırdı. Bundan sonra qələbə qoluna can atan komandaların qarşılıqlı hücumlarına şahidlik etdik. Düzdü, tərəflər həm müdafiədə, həm də hücumda səhvə yol vermək istəmədiyindən təhlükəli vəziyətlərin sayı az oldu. Lakin 55-ci dəqiqədə Rüfətin, 62-ci dəqiqədə isə Ronaldonun qeyri-dəqiq oynadığı epizodları qeyd etməliyik. Hər halda, istəyinə çatan kollektiv “Zirə” oldu. Dəqiq desək, 89-cu dəqiqədə Papunaşvili Kustodionun qapıönünə yolladığı topu “çərçivə”yə yolladı.

Beləliklə, səfərdə inamlı qələbə qazanan “qartallar” ən azı birgünlüyə 3-cü pilləyə yüksəldi. Doğma meydanda məğlub olan “kimyaçılar” isə yerində saydı.

Gözdən qaçmadı
// “Qartallar” fanklubu bu dəfə Sumqayıta 4 yox, təxminən 20 nəfərlə gəlmişdi. “Zirə” qələbəni tərəfdarlarıyla birgə qeyd etdi. “Sumqayıt”ı isə “Kimyaçılar” və “Young Ultras” fanklubları dəstəkləyirdi.
// Kustodio səhvən Mutsinzinin, Mutsinzi də Kustodionun tumanını geymişdi.

KƏNAN BAHADIR

Избранный
139
football-plus.az

1Источники