RU

Dünyanın dəyişən nizamı Azərbaycan və Xorvatiya üçün yeni imkanlar açır – Xorvatiyanın müdafiə naziri

Dünya nizamının transformasiyası Azərbaycan və Xorvatiya kimi ölkələr üçün yeni imkanlar açır.

Trend xəbər verir ki, bunu Xorvatiya Baş nazirinin müavini, müdafiə naziri İvan Anuşiç Münxen Təhlükəsizlik Konfransının çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət, Ukraynadakı münaqişə, Yaxın Şərqdəki gərginlik və transatlantik münasibətlərin dəyişən xarakteri dövlətlərdən öz müdafiə qabiliyyətlərini gözdən keçirmələrini və möhkəmləndirmələrini tələb edir.

"Dünya təhlükəsizlik problemləri ilə üzləşir, xüsusilə Avropa və Cənubi-Şərqi Avropa. Xorvatiya isə burada yerləşir. İndi biz müdafiə sistemimizi necə yaxşılaşdıracağımızı, potensialımızı necə artıracağımızı və silahlı qüvvələrimizi necə gücləndirəcəyimizi müzakirə edirik", - deyə Anuşiç bildirib.

Nazir vurğulayıb ki, Xorvatiya müstəqilliyini qazandıqdan sonra - 35 ildir ki, ordunu modernləşdirmək üçün ən böyük layihələrdən birini həyata keçirir.

"Hazırda biz silahlı qüvvələrimizi modernləşdiririk - bu, Xorvatiyanın müstəqil olmasından bəri həyata keçirilən ən genişmiqyaslı modernləşdirmədir. İki, ən çox üç il içində modernləşdirmə tamamlanacaq və bizim tamamilə yenilənmiş silahlı qüvvələrimiz olacaq, gələcəkdə hər hansı bir vəziyyətə hazır vəziyyətdə olacaq", - deyə o bildirib.

Anuşiç, qlobal geopolitikada baş verən dəyişiklikləri, Ukraynada baş verən münaqişəni, Yaxın Şərqdəki vəziyyəti və NATO və Avropa İttifaqı daxilindəki müzakirələri nəzərə alaraq təhlükəsizlik məsələlərinin xüsusilə aktuallaşdığını vurğulayıb.

"Bu, asan vəziyyət deyil və hər bir ölkə öz gələcəyini, xalqını düşünməlidir. Biz məhz bununla məşğul oluruq", - deyə nazir qeyd edib.

O etiraf edib ki, keçmişdə Avropa ölkələri müdafiə sahəsinə yetərincə vəsait ayırmırdı, amma indi vəziyyət dəyişir.

"Doğrudan da, Avropa dövlətləri öz müdafiələrinə kifayət qədər vəsait xərcləmirdi. İndi isə Aİ və NATO yanaşmalarını dəyişib və müdafiə xərclərini artırır", - deyə Anuşiç bildirib.

O, ABŞ-nin Zaqrebin strateji tərəfdaşı olduğunu əlavə edib:

"Amerika bizim strateji tərəfdaşıdır və bizim çox yaxşı əməkdaşlığımız var".

Bakı və Zaqreb arasındakı qarşılıqlı əlaqənin perspektivləri barədə danışan nazir qeyd edib ki, qlobal sistemin transformasiyası hər iki ölkə üçün əlavə imkanlar açır.

"Əgər dünya nizamı dəyişirsə, bu, Azərbaycan və Xorvatiya üçün böyük bir fürsətdir. Bu, bizim gələcəyimizi necə formalaşdıracağımızı müəyyən etmək imkanıdır. Bu, sabahdan daha uzağa baxan ölkələr üçün yeni bir şansdır", - deyə nazir bəyan edib.

Избранный
12
1
day.az

2Источники