RU

Cəlilabadda məktəbdə dərslər təxirə salınıb?

Uşaqlar məktəbə getsələr də qısa müddət sonra geri qayıtdılar.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Sərxanlı kənd sakini Nəsirov Teymur İsgəndər oğlu 12 fevral 2026 cı il tarixində səhər saatlarında beş övladını məktəbə yola salıb. Amma uşaqlar qısa müddət sonra geri qayıdıblar. Səbəbini soruşduqda isə bildiriblər ki, məktəbdə müəllim olmayıb.

Valideyn məktəb rəhbərliyinə zəng edərək məsələni aydınlaşdırmağa çalışıb. Ona gediş-gəlişin olmadığı bildirilib. Teymur Nəsirov yolun açıq olduğunu desə də, məktəb rəhbərliyi dərslərin təxirə salındığını israrla qeyd edib.

Qeyd edək ki, 12 fevral tarixində dərslərin təxirə salınması ilə bağlı müvafiq dövlət qurumu tərəfindən hər hansı bir qərar qəbul edilməyib.

Избранный
143
1
nocomment.az

2Источники