RU

Məşhur sənətçi qəfil VƏFAT ETDİ: “Moskau”nun ifaçısı artıq YOXDUR – VİDEO

“Moskau” hitinin ifaçısı Volfqanq Hayxel 75 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məşhur alman qrupu “Dschinghis Khan”ın yaradıcılarından biri olan Volfqanq Hayxel dünyasını dəyişib. Sənətçinin 75 yaşında vəfat etdiyi bildirilir.

Məlumata görə, ifaçı hələ yanvarın 20-də vəfat etsə də, ölüm xəbəri ictimaiyyətə bir qədər gec açıqlanıb.

Qrupun nümayəndələri ölümün dəqiq səbəbini qeyd etməsələr də, Hayxelin qəfil və gözlənilmədən öldüyünü bildiriblər.

Volfqanq Hayxel 1979-cu ildə Avroviziya mahnı müsabiqəsində iştirak edən və “Moskau”, “Genghis Khan” kimi dünya şöhrətli hitləri ilə tanınan əfsanəvi qrupun əsas üzvlərindən biri idi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
78
15
interpress.az

10Источники