RU

Rusiyaya ağır zərbə: Ölənlər var

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna Silahlı Qüvvələri cümə axşamı regionun inzibati mərkəzinə raket zərbəsi endirib.

Globalinfo.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

O, Teleqram kanalında yaydığı məlumata görə, zərbə nəticəsində infrastruktur obyektinə ziyan dəyib. Hadisə zamanı iki mülki şəxsin həlak olduğu, daha üç nəfərin isə yaralandığı qeyd olunur.

Bildirilib ki, yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəlpə yaraları alan digər iki nəfər isə şəhər xəstəxanasına aparılıb.

Qubernatorun sözlərinə görə, hücum nəticəsində elektrik, istilik və su təchizatında fasilələr yaranıb. Üç çoxmənzilli yaşayış binasının pəncərələri sınıb, fasadları zədələnib. Həmçinin park edilmiş avtomobillərə də zərər dəydiyi bildirilir.

Tahiur Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
137
globalinfo.az

1Источники