RU

Tramp: İran razılaşma üçün real addımlar atmır

BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə razılaşmaya nail olmaq üçün konkret addımlar atmağa hazır olmadığını bildirib və Tehrana qarşı güc tətbiqi ehtimalını istisna etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp Şimali Karolina ştatındakı Fort-Breqq hərbi bazasında çıxış etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, İran hakimiyyəti danışıqlara hazır olduğunu desə də, praktik addımlar atmır.

“Onlar danışmaq istəyirlər. Amma hələlik çox danışırlar və heç bir addım atmırlar”, - deyə o vurğulayıb.

ABŞ lideri əlavə edib ki, Tehran əvvəldən təqdim etməli olduğu razılaşmanı irəli sürməlidir.

“Əgər onlar bizə düzgün razılaşmanı təqdim etsələr, biz bunu etməyəcəyik”, - deyə Tramp bildirib.

O, bu sözlərlə ABŞ-nin mümkün hərbi tədbirlərinə işarə edib və keçmişdə İranın belə addım atmadığını qeyd edib.

Избранный
57
teleqraf.com

1Источники