RU

Vanuatu sahillərində 6,5 maqnitudada zəlzələ olub

Sakit Okeanda Vanuatu Respublikasına məxsus olan Espiritu-Santo adasının qərb sahilində 6,5 maqnitudada zəlzələ qeydə alınıb.

"Far.Az"un məlumatına görə, bu barədə ABŞ-nin Geologiya Xidməti xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri Port-Olri şəhərindən 59 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Избранный
22
5
far.az

10Источники