RU

Bu hakim “Qarabağ”la oyunda da mənə vərəqə vermişdi Yunis Hüseynov nədən narazıdı?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra AFFA İntizam Komitəsi “Turan Tovuz”u sərt cəzalandırdı. Komandanın məşqçisi Yunis Hüseynov hakimə etiraza görə 2-ci sarı vərəqədən qırmızı aldığına görə 1 oyun cəzalandı, klub 2500 manat cərimələndi, Kurban Berdıyev hakimi itələdiyinə görə 4 oyun cəzalandı, klub isə 10 min manat xərcə düşdü.Yunis Hüseynov son cəzalarla bağlı “Futbol+”ə danışdı:

“Kəpəz”lə oyunda bir qədər əsəbləşdik. Oyunun gedişində məşqçilər hakimlərin qərarlarından narazı olurlar. Biz də səhv edə bilərik, hakimlər də. Amma görünən qədəri ilə hələ ki hakimlər daha çox səhv edir. Ləğv edilən qol epizodunun təkrarına planşetdə baxdıq, heç bir qayda pozuntusu yox idi. Mən də fikrimi bildirdim ki, qayda pozuntusu və VAR-a baxmağa ehtiyac yoxdu. Buna görə dördüncü hakim sarı vərəqə verdirdi. Mən də dedim ki, “sarı vərəqəni verib rahatlaşdızmı?” Bu sözdən sonra ikinci sarı vərəqəni də verdirdi. Bu hakim “Qarabağ”la oyunda da mənə vərəqə vermişdi. Bilmirəm, son vaxtlar nəyə görə belə hərəkətlər edir. Siz də şahidi olmusuz, başqa komandalarda üstlərinə qışqırırlar, amma heç səslərini də çıxarmırlar. Kurban Berdıyev həddən artıq səbrli, hövsələli insandı. İndi təsəvvür edin ki, nə qədər əsəbləşmişdisə, gözünün qarşısında qayda pozuntusu oldu, vermədi, bütün baş məşqçilər kimi o da əsəbləşdi, elə hərəkət etdi. Kurban Berdıyev neçə illərdi futboldadı, heç vaxt qırmızı vərəqə almamışdı. İki dəfə “qırmızı” alıb, ikisi də Azərbaycanda. Deməli, hövsələdən çıxarırlar ki, ikinci dəfədi qırmızı vərəqə alır. Apellyasiya şikayəti etmişik. Açığı, inanmıram nəsə dəyişiklik olsun”.

Qeyd edək ki, Yunis Hüseynovun narazı qaldığı hakim Elvin Bayramovdu.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
7
icma.az

9Источники