RU

Biləsuvarda transformatorda yaranan qəza aradan qaldırılıb- YENİLƏNİB

Biləsuvarda transformatorda baş verən qəza artıq həll olunub.

"Azərişıq" ASC mətbuat xidmətindən APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvarda 10 kV-luq xəttdə baş verən qəza artıq aradan qaldırılıb.


Elektrik enerjisinin verilişi bərpa olunub.

***

12:35

Biləsuvarda transformator partlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, partlayış şəhər ərazisində, bazar yaxınlığında olan transformatorda baş verib.

Partlayış nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.

Избранный
45
3
apa.az

8Источники