Bu gün Misli Premyer Liqasında 20-ci tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.
Əvvəlcə son çempion "Qarabağ" "İmişli"nin qonağıdır. Görüş saat 14:30-da start götürüb.
Günün digər oyununda "Zirə" "Karvan-Yevlax"ı qəbul edəcək. Bu matç isə saat 17:00-da başlayacaq.
Misli Premyer Liqası, 20-ci tur
14 fevral
14:30. "İmişli" – "Qarabağ" - 0:1 (İkinci hissə)
Qol: Musa Qurbanlı, 79 (0:1)
Qırmızı vərəqə: Kadi Borges, 72 ("Qarabağ")
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. "Zirə" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Zirə İdman Kompleksinin stadionu
15 fevral
14:30. "Kəpəz" – "Neftçi"
17:00. "Araz-Naxçıvan" – "Sumqayıt"
16 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz"
17:00. "Qəbələ" – "Sabah"
Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Bassalu Sambu ("Neftçi") - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol