RU

ABŞ-nin dövlət katibi: Vaşinqton İranla bağlı hərbi müdaxilədən çox sazişə üstünlük verir

BAKI, 14 fevral. TELEQRAF

ABŞ administrasiyasının əsas hədəfi İranın nüvə arsenalına sahib olmasının qarşısını almaqdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.

Dövlət katibi ABŞ-nin Tehranla yeni bir nüvə sazişinin imzalanmasında maraqlı olduğunu vurğulayıb:

"İran heç vaxt nüvə silahı əldə etmək imkanına malik olmamalıdır. Biz hərbi ssenaridənsə, bu problemi həll edəcək və bütün boşluqları aradan qaldıracaq yeni bir sazişin bağlanmasına üstünlük veririk".

Избранный
29
teleqraf.com

1Источники