RU

Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

Bakı. Trend:

2025-ci ildə ölkənin mənfi xarici ticarət balansı 44 milyarddolları ötüb.

Trend-inməlumatına görə, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətininməlumatında bildirilir.

Məlumata əsasən, ötən il ərzində xarici ticarət dövriyyəsi 125,1milyard dollar təşkil edib. Bu dövrdə ölkəyə 84,8 milyard dollardəyərində mal idxal olunub, ixrac isə 40,3 milyard dollar təşkiledib.

2025-ci ilin yanvar-dekabr aylarında Ukraynaya ən çox məhsulixrac edən üç ölkə Çin (19,2 milyard dollar), Polşa (7,9 milyarddollar) və Almaniya (6,6 milyard dollar) olub.

Hesabat dövründə Ukrayna mallarının əsas alıcıları isə Polşa (5milyard dollar), Türkiyə (2,7 milyard dollar) və Almaniya (2,4milyard dollar) olub.

Избранный
26
10
az.trend.az

10Источники