RU

Rubio Trampın istəyini Zelenskiyə çatdırdı

ABŞ-ın dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin rəhbəri "X" sosial şəbəkəsində məlumat verib.

"Ukraynanın təhlükəsizlik məsələlərini, müdafiə və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsini müzakirə etmək üçün Zelenski ilə görüşdüm. Prezident Donald Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq həll yolu tapmaq istəyir", - deyə dövlət katibi yazıb.

Bir neçə saat əvvəl Rubio G7 ölkələrindən olan həmkarları ilə görüşündə vurğulayıb ki, ABŞ Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda gələcəkdə də iştirak etmək niyyətindədir. Dövlət katibi xarici işlər nazirləri ilə həmçinin Hind-Sakit okean regionu və Qərb yarımkürəsindəki təhlükəsizlik çağırışlarını müzakirə edib.

Избранный
16
3
publika.az

10Источники