RU

Alimlərdən yuxularla bağlı KƏŞF

ABŞ-ın İllinoys ştatının Evanston şəhərində yerləşən Northwestern Universitinin neyrobioloqları apardıqları yeni araşdırmada yuxuların məzmununa müəyyən dərəcədə təsir göstərməyin mümkün olduğunu sübut ediblər.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri Neuroscience of Consciousness jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər REM mərhələsində (ən parlaq və emosional yuxuların görüldüyü faza) iştirakçılara xüsusi səs siqnalları təqdim ediblər. Məlum olub ki, həmin siqnallar yuxuların mövzusuna təsir göstərir. Yəni insan yuxu zamanı eşitdiyi səslərlə əlaqəli obraz və hadisələri daha çox görür.
 

Tədqiqatçılar bildiriblər ki, bu üsul “məqsədli yuxu inkubasiyası” adlandırılır və beyin xarici stimullara tamamilə qapalı deyil. Əksinə, müəyyən şəraitdə ətraf mühitdən gələn siqnallar yuxu süjetinin formalaşmasına təsir edə bilir.


Alimlərin fikrincə, bu kəşf yaddaşın möhkəmləndirilməsi, travmatik təcrübələrin emalı və hətta yaradıcı düşüncənin inkişafı sahəsində yeni imkanlar aça bilər. Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, yuxuların tam nəzarət altına alınmasından danışmaq tezdir və mövzu üzrə əlavə araşdırmalara ehtiyac var.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu cür metodlar psixologiya və neyrobiologiya sahəsində mühüm tətbiqlərə səbəb ola bilər.

Bizim.Media

Избранный
40
1
bizim.media

10Источники