Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiyaya rəsmi səfərə gedib.
Busaat.az xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiyanın Prezidenti Aleksandar Vuçiç qarşılayıb.



