RU

Tramp Netanyahuya İranla bağlı bu sözü verdi: Zərbələr...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trump ötən ilin dekabrında Florida ştatındakı Mar-a-Laqo iqamətgahında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranın ballistik raket proqramına qarşı mümkün zərbələri dəstəkləyəcəyinə söz verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Vaşinqton və Tehran arasında danışıqlar nəticəsiz qalacağı təqdirdə ABŞ İsrailin hərbi addımlarına dəstək göstərə bilər.

Məlumata görə, tərəflər ABŞ-ın hansı formada yardım edə biləcəyini də müzakirə ediblər. Söhbət, o cümlədən İsrail hərbi təyyarələrinin havada yanacaqla təmin olunması və region ölkələrindən uçuş icazələrinin alınması məsələlərindən gedib.

Bundan əvvəl “The Wall Street Journal” yazmışdı ki, Pentaqon Yaxın Şərqə göndərilməsi üçün ikinci təyyarədaşıyan gəmi qrupunun hazırlanması barədə göstəriş verib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
globalinfo.az

1Источники